Ramos "Mançester Siti"nin təklifini rədd etdi
"Mançester Siti" "Real"ın futbolçusu Serxio Ramos üçün rəsmi təklif göndərib.

Bu barədə müdafiəçinin meneceri Rene "Marca"ya açıqlamasında deyib. Bildirib ki, yüksək məbləğli təklif olmasına baxmayaraq, onu rədd ediblər:

"Çünki Ramos istədiyi komandadır. Bu səbəbdən təklifi qəbul etmədik".

Rene Ramosun Madrid klubu ilə müqaviləsinin uzatmasının mümkünlüyünü də ifadə edib:

"Hər şey klub prezidenti Florentino Perezdən asılıdır. Əgər o istəsə, bununla bağlı danışıqlara başlayacağıq".

Xəbər 789 dəfə oxundu.