Toni Kroos: "İngiltərədə oynaya bilərəm"
"Bavariya" klubunun yarımmüdafiəçisi Toni Kroos mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

"Daily Express"ə danışan almaniyalı futbolçu yeni mövsümdən İngiltərə Premyer Liqasında oynaya biləcəyini deyib:

"Hələlik gələcək karyeram haqda düşünmürəm. Çünki buna vaxtım yoxdur. Qarşıda vacib oyunlarımız var. Bir sıra klubların maraq dairəsinə düşə bilərəm. Bu, normaldır. Yeni mövsümdən İngiltərə Premyer Liqasında oynayacağım da istisna deyil. Ancaq bütün bunlara mövsümün sonunda aydınlıq gələcək".

Qeyd edək ki, İngiltərənin "Mançester Yunayted" klubu Kroosla yaxından maraqlanır. Almaniya millisinin üzvünün yeni mövsümdən məhz Mançester klubunda çıxış edəcəyi iddia olunur.

Xəbər 810 dəfə oxundu.