Venger: "Bavariya" səddini keçə bilərik"
"Arsenal"ın baş məşqçisi Arsen Venger Çempionlar Liqasında 1/8 finalın cavab oyunu çərçivəsində qarşılaşacaqları "Bavariya" ilə oyun barədə fikirlərini bölüşüb.

UEFA-nın rəsmi saytına danışan fransalı mütəxəssis "Bavariya" səddini keçəcəklərinə inandığını bildirib:

"Bavariya" ilə cavab matçında yaxşı oyun sərgiləməyə çalışacağıq. Ötən mövsümün təcrübəsi bizim üçün çox önəmlidir. Yəni bir il öncə "Bavariya"nı məğlub etməyi bacarmışdıq. Öz gücümüzə inanırıq və rəqibi keçəcəyimizə ümidliyəm. Yaxşı oyunla məqsədimizə nail olmaq istəyirik. Erkən qol bizim üçün daha faydalı ola bilər. Ancaq biz hələ qol vurmamışıq. İlk qolu gec də vura bilərik. "Bavariya" qitənin ən güclü komandalarındandır. Lakin biz də sona qədər mübarizə aparacağıq".

Qeyd edək ki, "Bavariya" - "Arsenal" oyunu bu axşam, Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Xəbər 729 dəfə oxundu.