“Langkavi” turu başa çatdı
Malayziyada təşkil olunan 10 mərhələli “Langkavi” turuna yekun vurulub. İdman.com.az saytı xəbər verir ki, bu gün keçirilən sonuncu, 10-cu mərhələdə iştirakçılar 103 km məsafə qət ediblər.

“Synergy Baku” komandasının üzvlərindən ən yaxşı nəticəni almaniyalı Daniel Klemme göstərib – o liderlə eyni nəticəyə (2 saat, 15 dəqiqə, 55 saniyə) imza atsa da, fotofinişə əsasən 26-cı olub. Yekun sıralanmada isə komanda üzvlərimizdən avstraliyalı Patrik Leyn 29-cu yeri tutub.

“Synergy Baku”nun “Langkavi” turunda ən böyük uğuru isə irlandiyalı Metyu Bremmierin ən yaxşı dağ velosipedçisi kimi qazandığı “qırmızı mayka” olub: “Bu amil məndə özünəinam hissini xeyli artırıb” – deyən velosipedçi Malayziyadakı uğurlu çıxışını qarşıdakı yarışlarda da davam etdirməyə çalışacağını deyib.

Xəbər 858 dəfə oxundu.