Roberto Mançini İtaliya millisini çalışdıra bilər
İspaniya ilə yoldaşlıq görüşündə zəif təsir bağışlayan İtaliya millisinin baş məşqçisi Çezare Prandelli "DÇ-2014"dən sonra vəzifəsindən gedə bilər.

İtaliyada Prandellinin işindən narazılıq günü-gündən artır.

Dünya çempionatından sonra İtaliya millisinin baş məşqçi vəzifəsinə "Qalatasaray"ın çalışdırıcısı Roberto Mançininin gətiriləcəyi iddia edilir. İstanbul təmsilçisi ilə müqaviləsi olan Mançini daha öncə verdiyi açıqlamasında İtaliya yığmasını çalışdırmaq istədiyini bildirmişdi.

Qeyd edək ki, İtaliya yığması "Avro-2016"nın seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq.

Xəbər 901 dəfə oxundu.