“Gənclərin vətəpərvərlik tərbiyəsində idmanın rolu” mövzusunda seminar
Martın 5-də Astara Olimpiya İdman Kompleksində “Gənclərin vətənpərvərlik tərbiyəsində idmanın rolu” mövzusunda seminar keçirilib.

Çıxış edənlər qeyd etmişlər ki, 2015-ci ildə Avropa Oyunlarının Bakıda keçirilməsinə ölkəmizdə yüksək hazırlıq işləri gedir.

Rayon idmançıları 2013-cü il ərzində respublika zona final, beynəlxalq yarışlarda 225 medal qazanıblar. Bu nailiyyətlərin 2014 və qarşıdakı illərdə daha da möhkəmləndirilməsi əzmindəyik.

Yekunda tədbir iştirakçıları Azərbaycan Respublikasının himnini ifa ediblər.


Xəbər 1154 dəfə oxundu.