"Barselona"nın transfer etmək istədiyi futbolçular
"Barselona"nın mövsümün sonunda transfer etmək istədiyi futbolçuların siyahısı məlum olub.

Kataloniya təmsilçisi altı futbolçunu heyətinə qatmağı planlaşdırır.

"Barsa" ilk növbədə "Borussiya"nın (Münhenqladbarx) qapıçısı Andre ter Stegen transferini bitirməyə çalışır. Yarımmüdafiə xəttini klub "Yuventus"dan Arturo Vidal və Dortmund "Borussiya"sından İlkay Gündoğanla gücləndirmək niyyətindədir.

Baş məşqçi Xerardo Martinonun müdafiədə görmək istədiyi futbolçular isə "Atletik"dən (Bilbao) Laporte, "Çelsi"də David Luis və "Real Sosyedad"dan İniqo Martinezdir.

Xəbər 866 dəfə oxundu.