Rəşad Abdullayev: «Vaxtında edilən dəyişikliklər bəhrəsini verdi» | |
«Oyun istədiyimiz kimi başlamadı. İlk 25 dəqiqədə qapımızdan 2 top buraxdıq. Amma vaxtında toparlanaraq, vurulan qollardan birinin əvəzini çıxdıq». Bunu idman.com.az saytına açıqlamasında «Neftçi» klubunun futbolçusu Rəşad Abdullayev deyib. Premyer Liqanın ilk turundan təxirə salınan matçda Ağdamın «Qarabağ» komandasını 3:2 hesabı ilə məğlub edən altıqat ölkə çempionu, yarış cədvəlinin 2-ci pilləsinə yüksəlib. Təcrübəli yarımmüdafiəçi bildirib ki, oyunda əsas dönüş anı növbəti yarıda baş verib: «İkinci hissəyə istəkli başladıq, yaxşı qol vəziyyətləri yaratdıq. Vaxtında edilən dəyişikliklər də burada mühüm rol oynadı. Yekunda qələbə qazanandıq və artıq söz-söhbətə son qoyduq. Düzü, bundan əvvəlki 2 görüşdə bəxtimiz gətirmədi. Hesab edirəm ki, işlər nizama düşəcək». Rəşad sağ cinahdan cərimə zərbəsindən vurduğu gözəl qola da aydınlıq gətirib. Onun sözlərinə görə, həmin nöqtə ona münasib idi: «O nöqtədən cərimə zərbəsinə rahat yaxınlaşıram. Vuruşda top ayağıma rahat oturdu. Hiss etdim ki, qol olacaq. Adətən, həmin nöqtədən tez-tez fərqlənirəm». |
|
Xəbər 952 dəfə oxundu. |
|
|