Mingəçevirdə estafet qaçışı üzrə tədbir keçirilib
Martın 4-də 5 mart Bədən tərbiyəsi və İdman gününə həsr olunmuş orta məktəb şagirdləri arasında 4 x 100 m. məsafəyə estafet qaçışı üzrə tədbir keçirilib.

Yaşar Məmmədzədə adına Mingəçevir şəhər stadionunda orta məktəb şagirdlərindən 88 nəfər idmançının iştirakı keçirilən yarışın məqsədi Orta məktəb şagirdlərinin fiziki və texniki hazırlığına baxış, perspektivli idmançıların aşkar edilməsi olub.

Sonda birinci yerə Texniki Humanitar Lisey, ikiciyə 1 saylı, üçüncüyə 10 saylı orta məktəbin komandası layiq görülüb.

Xəbər 2897 dəfə oxundu.