"Qalatasaray" cəzalandırıldı
Türkiyə Futbol Federasiyası (TFF) "Qalatasaray"ı cəzalandırıb.

Superliqanın 23-cü turunda "Cim-Bom"un "Rizəspor"u (1:1) qəbul etdiyi matçda qonaq komandanın azarkeşləri xoşagəlməz şüarlar səsləndirdiyi üçün İstanbul təmsilçisi 150 min türk lirəsi cərimə ödəməli olacaq. "Rizəspor" isə 80 min türk lirəsi ilə cəzalandırılıb.

Əgər "Qalatasaray" eyni hərəkətə görə yenidən cəzalandırılsa, "Cim-Bom" bir matç azarkeşsiz oynamaq məcburiyyətində qalacaq.

Xəbər 895 dəfə oxundu.