"Barselona" "Benfika"nın hücumçusunu istəyir
"Benfika" klubunun hücumçusu Oskar Kardozo mövsümün sonunda komandasını dəyişə bilər.

Paraqvaylı futbolçu "Barselona"nın transfer hədəfinə düşüb.

Kataloniya təmsilçisinin baş məşqçisi Xerardo Martino 30 yaşlı futbolçunu komandasında görmək istəyir. Argentinalı mütəxəssis bu istəyini rəhbərliyə bildirib. Yüksək məbləğ qarşılığında "Benfika"nın Kardozonu satacağı gözlənilir.

Qeyd edək ki, Kardozo ilə Türkiyənin "Trabzonspor" klubu da yaxından maraqlanır.

Xəbər 881 dəfə oxundu.