Ançelotti "Mançester Siti"nin futbolçusunu istəyir
"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti mövsümün sonunda transfer etmək istədiyi futbolçunun adını açıqlayıb.

İtaliyalı mütəxəssis "Mançester Siti"nin yarımmüdafiəçisi David Silvaya "elçi" düşüb.

Hər zaman güclü yarımmüdafiə xətti ilə diqqət çəkən Madrid təmsilçisi Silvanı da heyətinə qatmağı planlaşdırır. Yüksək məbləğ təklif edəcəyi təqdirdə "Mançester Siti"nin ispaniyalı futbolçunu "Real"a buraxacağı gözlənilir.

Qeyd edək ki, Silva 2010-cu ildə "Valensiya"dan "Mançester Siti"yə transfer olunmuşdu.

Xəbər 807 dəfə oxundu.