"Anderlext" Qəbələyə gəlir
29 may - 1 iyun tarixlərində 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında baş tutacaq III Qəbələ Kuboku beynəlxalq turnirinin daha bir iştirakçısı bəlli olub.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Fənərbaxça" (Türkiyə), "Lokomotiv" (Moskva, Rusiya), "Liverpul" (İngiltərə) və "Olimpik"in (Marsel, Fransa) ardından Belçikanın "Anderlext" klubu da turnirdə yer alacağını rəsmən təsdiqləyib.

Bununla da III Qəbələ Kubokunda mübarizə aparacaq 8 komandadan 6-nın adı dəqiqləşib.

Xatırladaq ki, artıq ənənəyə çevrilən turnirin coğrafiyası ildən-ilə genişlənməkdədir. Bu ilki yarışda ilk dəfə olaraq İngiltərə, Fransa və Belçika təmsilçiləri yer alacaqlar. Buna qədər İspaniya, Hollandiya, Portuqaliya, Türkiyə, Danimarka, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri turnirdə çıxış etmişdilər.

Xəbər 849 dəfə oxundu.