Dieqo Kosta millidəki debütündən danışdı
"Atletiko" (Madrid) klubunun futbolçusu Dieqo Kosta İspaniya millisi ilə çıxdığı ilk oyunu şərh edib.

Hücumçu İtaliya ilə yoldaşlıq görüşündə debüt etdiyi matçın onun üçün bir qədər çətin keçdiyini deyib:

"İspaniya yığmasında ilk oyunuma çıxdığım və qələbə qazandığımız üçün çox xoşbəxtəm. "Atletiko"da oynadığım matçlarda yaxşı çıxış etməliyəm ki, yenidən milliyə dəvət olunum. İlk oyunlar asan olmur. Bu görüşdə daha yaxşı oynaya bilərdim".

Qeyd edək ki, İspaniya yığmasının baş məşqçisi Visente del Boske isə Kostanın çıxışını bəyəndiyini deyib.

Xəbər 1105 dəfə oxundu.