“İdman günü”nə həsr olunmuş görüş keçirilib
Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsis edilmiş 5 mart – Bədən tərbiyəsi və idman günü ilə əlaqədar Şəkidə müxtəlif idman yarışları, tanınmış idmançılarla görüşlər və bayram tədbirləri keçirilib.

Fərqlənən 17 nəfər bədən tərbiyəsi və idman müəllimləri, məşqçilər Şəki şəhər Gənclər və İdman İdarəsinin diplomları və qiymətli hədiyyələri ilə təltif olunublar.

Sonda tədbir bədii hissə ilə davam etdirilib.

Xəbər 1195 dəfə oxundu.