Venger: "Çelsi" 70 faiz "Qalatasaray" səddini keçib"
"Arsenal"ın baş məşqçisi Arsen Venger Çempionlar Liqasının 1/8 finalının cavab matçında "Qalatasaray"la qarşılaşacaq "Çelsi" klubunun mərhələ keçmək şanslarını dəyərləndirib.

Britaniya mətbuatına danışan fransalı mütəxəssis "Çelsi"nin 70 faiz "Qalatasaray" səddini keçdiyini iddia edib:

"Çelsi" səfərdə bir qol vurmaqla cavab oyunu öncəsi üstünlük əldə edib. Londonda 0:0 hesabı da onları qane edəcək. Mourinyonun komandası müdafiə olunmağı yaxşı bacarır. Ancaq öz meydanında müdafiə oynamaq düzgün olmaz. Düşünürəm ki, "Çelsi" 70 faiz "Qalatasaray" səddini keçib. Sadəcə bunu rəsmiləşdirmək qalır".

Qeyd edək ki, "Çelsi" - "Qalatasaray" oyunu martın 18-də, Londonda keçiriləcək.

Xəbər 745 dəfə oxundu.