Boks üzrə “Böyük İpək Yolu” ənənəvi beynəlxalq turniri başlayıb
Martın 6-da Şağan Olimpiya İdman Kompleksində boks üzrə “Böyük İpək Yolu” ənənəvi Beynəlxalq turniri başlamışdır.

Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Qazaxıstan, Gürcüstan, Ukrayna, Rusiya, Litva, Qırğızıstan, Türkmənistan, İran və Qatar komandaları iştirak edirlər.

Martın 9-dək davam edəcək turnirə milli komandamızın bir çox aparıcı boksçuları müxtəlif səbəblərə görə qatılmamışlar. Lakin Tural Əhmədov (56 kq), Nəsrəddin Məmmədov (60 kq), Lorenzo Sotomayor (64 kq), Tamerlan Abdullayev (69 kq) kimi müxtəlif turnirlərin qalib və mükafatçılarının rinqə çıxması gözlənilir.
Milli komandamız bu yarışadək Qəbələ və Lənkəranda təlim-məşq toplanışı keçirmişdir. Lənkəran toplanışında Qazaxıstan və Gürcüstan boksçuları da yığmamızla birgə məşq etmişlər.

Xəbər 1263 dəfə oxundu.