AGF I vitse-prezidenti Namiq Əliyev FİLA İK iclasında iştirak edib
İtaliyanın paytaxtı Roma şəhərində FİLA (Beynəlxalq Güləş Federasiyası) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev iclasda iştirak edib.

İclasda qarşıdan gələn mötəbər yarışlara - Dünya Kuboku yarışları, Avropa və Dünya çempionatlarına hazırlıq, güləş qaydalarındakı son dəyişikliklər, güləşin populyarlığının daha da artırılması, əhatə dairəsinin genişləndirilməsi və s. məsələlər müzakirə edilib.

Məlumat üçün bildirək ki, AGF-nin I vitse-prezidenti Namiq Əliyev 2010-cu ildən FİLA İcraiyyə Komitəsinin üzvüdür.

Xəbər 1117 dəfə oxundu.