AİPS və UEPS prezidentləri Bakıya gəldilər
AİPS və UEPS prezidentləri Bakıya gəldilər

Xəbər verdiyimiz kimi, sabah ölkəmizdə Avropa İdman Jurnalistləri İttifaqı (UEPS) İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Tədbir çərçivəsində, UEPS rəhbərliyi Bakıda bir sıra idman qurğuları ilə tanış olacaq, həmçinin şəhərimizin ən maraqlı yerlərini gəzəcək. Bundan başqa onlar televiziya kanallarından birinin qonağı olacaqlar. AİJA-nın 2010-cu il üçün müxtəlif nominasiyalar üzrə qalib elan etdiyi jurnalistlərə mükafatların təqdim edilməsi məhz Avropa media nümayəndələrinin iştirakı ilə reallaşacaq.

İcraiyyə Komitəsinin iclasında qurumun gündəliyinə əsasən, bu ilin yekunları, növbəti ilə dair iş planı və digər məsələlər müzakirə olunacaq.
Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinin dəstəyi ilə keçirilən tədbir yenicə istifadəyə verilmiş “Hilton” mehmanxanasında təşkil ediləcək.

İclasda iştirak etmək üçün UEPS İcraiyyə Komitəsinin üzvləri dünən Bakıya gəliblər. Onlar arasında UEPS prezidenti Yannis Daras və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının xüsusi dəvətilə dünən gecə saatlarında ölkəmizə gəlmiş Dünya İdman Jurnalistləri İtifaqının prezidenti Cani Merlo da var.

Xəbər 1240 dəfə oxundu.