Şahmat üzrə rayon birinciliyi keçirilib
Fevralın 25-də İmişli rayon Gənclər və İdman idarəsi Uşaq Gənclər Şahmat İdman Məktəbinin birgə dəstəyi ilə “05 mart-Bədən Tərbiyəsi və İdman günü” münasibəti ilə 10-16 yaşlı oğlan və qızlar arasında şahmat üzrə rayon birinciliyi keçirilib.

İmişli Şahmat məktəbində 40 şahmatçı öz zehni güclərini sınayıblar.

Yarışda hər yaş qrupunda yüksək yerləri tutan şahmatçılar idarəmiz tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 774 dəfə oxundu.