Voleybol üzrə rayon çempionatı keçirilib
1-5 mart tarixlərində 5 mart “Bədən tərbiyəsi və idman günü” münasibətilə voleybol üzrə rayon çempionatı keçirilib.

Zərdab Şəhər 2 saylı tam orta məktəbin idman zalında 100 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi 5 mart “Bədən tərbiyəsi və idman günü” nü qeyd etmək, idmanın voleybol növünün rayonda inkişaf etdirmək, rayonda kütləvi sağlamlıq və gənclərin asudə vaxtının səmərəli təşkili olub.

Sonda birinci yerə Zərdab Şəhər İcra Nümayəndəliyi, ikinciyə Dəkkəoba kənd, üçüncüyə Dəliquşçu kənd komandası layiq görülüb.

Xəbər 1096 dəfə oxundu.