Mini futbol üzrə koka-kola kubok yarışı keçirilib
Martın 5-də Ağcabədi rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə 05 Mart –“ Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş 7-ci siniflər arasında mini futbol üzrə koka-kola kubok yarışı keçirilib.

Şəhər 11 saylı məktəbin mini futbol meydançasında 160 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi 5 mart –“ Bədən tərbiyəsi və idman günü”nün qeyd olunması və mini-futbol idman növünün inkişaf etdirilməsi olub.

Sonda birinci yerə V.Cəfərov adına Təzəkənd, ikinciyə Cəfərbəyli kənd, üçüncüyə Q.Əliyev adına Hindarx qəsəbə 3 saylı tam orta məktəbin komandası layiq görülüb.


Xəbər 934 dəfə oxundu.