Karate-do idman növü üzrə rayon turniri keçirilib
Martın 5-də Ağcabədi rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə 05 Mart –“ Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş uşaq və yeniyetmələr arasında karate-do idman növü üzrə rayon turniri keçirilib.

Ağcabədi Mərkəzi stadionunda 32 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi 05 Mart –“ Bədən tərbiyəsi və idman günü nün qeyd olunması və Karatedo idman növünün inkişaf etdirilməsi olub.

Sonda 8-9 yaş qrupları arasında Fazil Məmmədov, 10-11 yaş qrupu arasında Toğrul Qənbərov, 12-13 yaş qrupu arasında İbad Haciyev İbad, 14-15 yaş qrupu arasında Xəyal Atakişiyev yüksək yerlərə layiq görülüblər.

Xəbər 1028 dəfə oxundu.