Futbol turniri keçirilib
Martın 5-də Binəqədi Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbində “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası və “05 Mart-Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə uşaq və yeniyetmələr arasında “Futbol” turnirinin açılış mərasimi olub.

Futbol turnirinə start verilib. 08.03.2014-cü il tarixədək davam edəcək turnirdə 8 komanda tərkibində 120 yeniyetmə qalib adı uğrunda mübarizə aparacaq. Turnirin yekununda qaliblər kubok, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılacaq.

Xəbər 828 dəfə oxundu.