Masallıda rayon birinciliyi keçirilib
4-5 mart tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Boks Mərkəzində 5 mart Bədən tərbiyəsi və idman gününə həsr olunmuş yeniyetmə və gənclər arasında boks idman növü üzrə rayon birinciliyi keçirilib.

10 çəki dərəcəsində 90 nəfər idmançının iştirak etdiyi yarışda yüksək yerləri tutan idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplam və qiymətli hədiyyələrlə təltif olunublar.

Xəbər 911 dəfə oxundu.