"Bavariya"dan türk futbolçuya 30 milyon avro
"Bavariya" klubu Dortmund "Borussiya"sının daha bir futbolçusunu transfer etmək niyyətindədir.

Münhen təmsilçisi Mario Qötze və Robert Levandovskinin ardından İlkay Gündoğanı da heyətinə qatmağı planlaşdırır.

Avropa nəhənglərinin transfer hədəfində olan 23 yaşlı türk futbolçunun komandasıyla 2015-ci ilə qədər müqaviləsi var. "Bavariya" rəhbərliyi Gündoğanın transferi üçün Dortmund təmsilçisinə 30 milyon avro təklif edib. "Borussiya"nın bu təklifi qəbul edib-etməyəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, İ.Gündoğanla "Real" (Madrid) və "Mançester Yunayted" klubları da yaxından maraqlanır.

Xəbər 809 dəfə oxundu.