Vidiç rəsmən "İnter"də
"Mançester Yunayted"in futbolçusu Nemanya Vidiçin "İnter"ə keçidi rəsmiləşib.

İtaliya təmsilçisi rəsmi saytından müdafiəçinin mövsümün sonundan etibarən "İnter"də oynayacağını açıqlayıb.

Vidiçin may ayında "MY"ilə müqaviləsi başa çatacağı üçün bu transferə klub təzminat ödəməyəcək.

Qeyd edək ki, Vidiç 2016-ci ildən "qırmızı şeytanlar"da oynayır.

Xəbər 798 dəfə oxundu.