Zidan: "Oğlumu mənə görə yığmaya dəvət etməyiblər"
Fransa yığmasının canlı əfsanəsi Zinəddin Zidan oğlu Enzo Zidanın ilk dəfə milliyə dəvət almasına münasibət bildirib.

Ölkəsinin mətbuatına danışan Zidan oğlunun Fransa yığmasında oynamağı haqq etdiyini deyib:

"Oğlumun ilk dəfə yığmanın formasını geyinəcəyi üçün çox sevincliyəm. Düşünürəm ki, onu soyadı Zidan olduğu üçün yığmaya dəvət etməyiblər. Enzo öz oyunu ilə bunu haqq etdi. Onunla fəxr edirəm. Necə ki, mən Fransaya millisinə dəvət aldıqda atam mənimlə fəxr edirdi".

Xəbər 917 dəfə oxundu.