"Dünya çempionatının futbolçusu Messi, qalibi Braziliya olacaq"
"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti qarşıdakı dünya çempionatı haqda fikirlərini bölüşüb.

İspaniya mətbuatına danışan italiyalı mütəxəssis Braziliyanın dünya çempionu olacağını iddia edib:

"Dünya çempionatının ulduz futbolçusu Argentina millisinin hücumçusu Lionel Messi olacaq. Turnirin qalibinə gəlincə Braziliyanın dünya çempionu olacağına inanıram. İtaliya yığması bütün komandalar üçün güclü rəqibdir. Bu komandanın heyətində Andrea Pirlonun ön plana çıxacağını güman edirəm".

Xəbər 844 dəfə oxundu.