Bədən tərbiyəsi və İdman günü münasibətilə veloyürüş
Artıq bir neçə gündür ki, 5 mart – Bədən tərbiyəsi və İdman günü münasibətilə silsilə tədbirlər təşkil olunur. İdman.com.az saytı xəbər verir ki, belə tədbirlərdən biri bu gün velosipedçilərin iştirakı ilə baş tutub.

Tərkibində müxtəlif yaş qrupları üzrə yığma komandalarımızın üzvlərinin də olduğu 50-yə yaxın velosipedçi Şəhidlər Xiyabanından başlamaqla Hüseyn Cavid prospekti ilə yürüş keçirib.

Veloyürüş şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Xəbər 777 dəfə oxundu.