Venger: "Real" "Bavariya"dan daha güclüdür"
"Arsenal"ın baş məşqçisi Arsen Venger Madrid "Real"ı ilə "Bavariya"nı müqayisə edib.

Fransalı mütəxəssis Madrid klubunun daha güclü komanda olduğunu deyib.

O, bu mövsüm Çempionlar Liqasında "Real"ı favorit hesab edir: "Real" "Bavariya"dan daha güclüdür. Onlar ÇL-in favoritidir. Hazrda Madrid klubu kimi bir komanda yoxdur. İnanıram ki, 2002-ci ildən indiyə kimi qazana bilmədikləri ÇL-in kubokunu bu mövsüm qazanacaqlar".

Xəbər 776 dəfə oxundu.