Berni Ekklstoun vəzifəsini tərk edə bilər
Formula-1-in promouteri Berni Ekklstoun Münxendəki məhkəmələrə görə öz vəzifəsini tərk edə biləcəyini bildrib.

"Vaxtımın çox hissəsini məhkəmələrdə keçirmişəm. Əvvəlki kimi işimi görmək gücündə deyiləm. Əvvəllər sutkanın 24 saatını çalışırdım. Uzun illərdir ki, mənə qoşulub yardım edə biləcək adam axtarıram. Əvvəl-axır yanımda istefaya gedəndən və ya öləndən sonra yerimi tuta biləcək biri olmalıdır", - deyə Berni Financial Times-a bildirib.

Xəbər 906 dəfə oxundu.