Beyləqanda rayon birinciliyi keçirilib
Martın 4-də Xocavənd rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə Beyləqan rayonu ərazisində məcburi köçkünlər üçün salınmış “Xocavənd” qəsəbəsində “Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş təşkilatlar arasında kişilər arasında voleybol birinciliyi keçirilib.

İdman gününü qeyd etmək, idmanın voleybol növünü bədən tərbiyəsi kollektivləri arasında kütləviləşdirmək, əhalinin asudə vaxtının səmərəli keçirilməsini təmin etmək məqsədi ilə keçirilən yarışda 8 komanda 76 nəfər iştirak edib.

Yarışda Tuğ kənd komandası birinci yerə, Yeni Xocavənd - 1 qəsəbə komandası ikinciyə, Xocavənd qəsəbə komandası isə üçüncüyə layiq görülüb.

Birinciliyin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 881 dəfə oxundu.