Yeniyetmələr arasında respublika zona yarışı keçirilib
26 fevral -02 mart tarixlərdə Astara Olimpiya İdman Kompleksində Yeniyetmələrin IX Respublika Oyunları proqramına daxil olan boks üzrə 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında respublika zona yarışı keçirilib.

Yarışda respublikanın şəhər və rayonlarında 21 komandan 120 idmançı, 21 nümayəndə, 5 hakim iştirak edib. Müxtəlif çəkilərdə fəxri yerləri qazanan idmançılar respublika birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Astara rayon komandasından Kamil Kərimzadə (41kq), İsmayıl Yaqubov (56kq) yarışların final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Yarışların final mərhələsi 14-19 mart 2014-cü il tarixlərdə Balakən rayonunda keçiriləcək.

Xəbər 1077 dəfə oxundu.