Robben Fransaya qarşı oynamayacaq
Hollandiya millisinin futbolçusu Aryen Robben Fransa yığması ilə oynanılacaq yoldaşlıq görüşündə iştirak etməyəcək.

Bu barədə o, "De Telegraaf"a açıqlamasında deyib:

"Şalke" ilə matçın ikinci hissəsində ayağımdan aldığım zərbə səbəbindən ağrılarım var. Buna görə də risk etməyəcəm. Fransa ilə matçda olmayacam".

Qeyd edək ki, Fransa - Hollandiya oyunu sabah axşam, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Xəbər 970 dəfə oxundu.