Yeniyetmə və gənc qızlar arasında taekvondo üzrə Abşeron rayon açıq birinciliyi keçiriləcək
Martın 7-də Abşeron rayonunda yeniyetmə və gənc qızlar arasında taekvondo üzrə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş Abşeron rayon açıq birinciliyi keçiriləcəkdir.

Yarışın təşkilatçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Taekvondo Federasiyası (ATF) və Abşeron Rayon Gənclər və İdman İdarəsidir.

Rayonun Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin idman zalında təşkil olunacaq yarışda paytaxt və respublikanın bölgələrində 10 çəki dərəcəsində fəaliyyət göstərən taekvondo bölmələrinin yeniyetmə və gənc qız idmançıları iştirak edəcəklər.

Turnirin qalibləri ATF və Abşeron Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal və müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.

Xəbər 1280 dəfə oxundu.