Mini futbol üzrə qızlar arasında final mərhələsi keçirilib
Martın 3-də Xəzər rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə ХХVI Spartakiadanın mini futbol növü üzrə qızlar arasında final mərhələsi keçirilib.

237 saylı tam orta məktəbin bazasında 5 məktəb, 60 nəfərin iştirakı keçirilən yarışın məqsədi məktəblilər arasında bədən tərbiyəsinin və idmanın daha da geniş təbliği, məktəblilərin fiziki cəhətdən inkişafını və sağlamlıqlarının qorunmasını, onların bədən tərbiyəsi və idmanla fəal məşğul olmaları, istedadlı yeniyetmə və gəncləri aşkar etmək olub.

Yekun nəticələrə görə birinci yerə 26, ikinciyə 183 , üçüncüyə 237 saylı tam orta məktəbin komandası layiq görülüb.

Xəbər 1101 dəfə oxundu.