Barselonada Avropa Futbol Klubları Assosiasiyasının Baş Assambleyasının növbəti iclası işə başlayıb
Martın 3-də Barselonada Avropa Futbol Klubları Assosiasiyasının Baş Assambleyasının (ECA) 12-ci iclası işə başlamışdır. ECA Avropanın 53 ölkəsindən 214 futbol klubunu özündə birləşdirir və klub futbolunun maraqlarını təmsil edir. İclasda Azərbaycandan dörd klub – “Neftçi”, “Azal”, “Bakı”, “Xəzər-Lənkəran” təmsil olunur.

Avropanın diqqət mərkəzində olan builki iclasın əsas müzakirə mövzusu UEFA və FİFA tərəfindən tətbiq olunan on yenilikdir. Bununla yanaşı, klubların nümayəndələrinə ECA-nın sifarişi ilə hazırlanmış, Avropa futbolunda transfer prinsiplərinə həsr edilmiş geniş tədqiqatın nəticələri təqdim olunacaqdır. İclasda ECA-nın klubdaxili transfer məsələlərində şəffaflığın monitorinqinin aparılması əsas təkliflərdən olmuşdur. İştirakçılar bu il ilk dəfə olaraq bu rəqəmləri plenar iclaslar çərçivəsində təqdim etmişlər. İclasın yekunundan sonra həmin rəqəmlər ECA-nın rəsmi saytında yerləşdiriləcəkdir.

İclas işini martın 4-də yekunlaşdıracaqdır.

Xəbər 718 dəfə oxundu.