Goranboyda şahmat üzrə rayon birinciliyi keçirilib
Fevralın 24-də 05 mart – Bədən Tərbiyəsi və İdman gününə həsr olunmuş şahmat üzrə rayon birinciliyi keçirilib.

Goranboy rayon Şahmat Məktəbində 67 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi 05 mart – Bədən Tərbiyəsi və İdman gününün qeyd olunması, şahmat idman növünün inkişaf etdirilməsi, dostluq və yoldaşlıq əlaqələrinin gücləndirilməsi olub.

Sonda 6 yaş qrupu üzrə qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 894 dəfə oxundu.