“Şahin” hərbi idman oyununun rayon birinciliyinin zona və final yarışları
Fevralın 24-dən martın 3-dək Astara rayonunun Təhsil müəsisələrində Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi, Rayon Təhsil Şöbəsi, SHXÇDX Astara rayon şöbəsi, Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə birgə təsdiq etdikləri “Şahin” hərbi idman oyunun rayon birinciliyinin əsasnaməsinə uyğun olaraq zona və final yarışları keçirilib.

X-XI sinif şagirdləri arasında keçirilən yarışda hər məktəb komandasının tərkibi 17 nəfər (13 oğlan və 4 qız) komanda üzvündən və 1 nəfər müəllim nümayəndədən ibarət olub.

I zona üzrə yarış fevralın 24-də Oqtay Yəhyayev adına Şiyəkəran kənd 2 saylı tam orta məktəbdə keçirilib. Yarışda 8 məktəb komandası iştirak etmiş, I və II yerlərə müvafiq olaraq Şiyəkəran kənd 2 saylı və Vaqo kənd tam orta məktəb komandaları layiq görülüblər.

II zona üzrə yarış fevralın 25-də S.Vurğun adına Təngərüd kənd tam orta məktəbdə keçirilib. 8 məktəb komandasının iştirakı ilə keçirilən yarışda I və II yerlərə müvafiq olaraq Təngərüd kənd və Siyəkü kənd tam orta məktəb komandaları layiq görülüblər.

III zona üzrə yarış fevralın 27-də M.Ə.Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbdə keçirilib. I və II yerlərə müvafiq olaraq Yağub Ağayev adına Artupa kənd və Ziya Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəb komandaları layiq görülüblər.

Qeyd edək ki, qalib gələn komandaların hər biri yarışların final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Yarışların final mərhələsi martın 3-də M.Ə.Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbdə 6 komandanın iştirakı ilə keçirilib.

Qalib komanda martın 7-də Nefçala şəhərində keçiriləcək Respublika zona mərhələsində Astara rayonunu təmsil etmək hüququ qazanıb.

Xəbər 1090 dəfə oxundu.