Güləşçilərimiz Belarusda keçirilmiş beynəlxalq turnirdə iki medal qazanıblar
Belarusun paytaxtı Minskdə Aleksandr Medved mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 44-cü beynəlxalq “Qran-pri” turniri keçirilmişdir.

Güləşçilərimiz turniri bir gümüş və bir bürünc medalla başa vurmuşlar.

Turnirin ilk günündə 60 kiloqram çəki dərəcəsində mübarizə aparmış təmsilçimiz İrina Netreba finala qədər maneəsiz irəliləmişdir. Finalda yerli güləşçi Anastasiya Huçoka məğlub olan İ.Netreba gümüş medalla kifayətlənmişdir.

Yarışın ikinci günündə mübarizəyə qoşulan Anjela Doroqan (53 kq) ardıcıl olaraq Rusiyadan iki güləşçini üstələsə də, yarımfinalda Belarus təmsilçisinə uduzmuşdur. Həlledici görüşdə Belarus güləşçisini məğlub edən A.Doroqan bürünc medala sahib olmuşdur.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil etmişdir.

Xəbər 886 dəfə oxundu.