Şahmat üzrə rayon turniri keçirilib
Martın 1-də “05 Mart Azərbaycanda Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş şahmat üzrə kişilər arasında rayon turniri keçirilib.

Şağan Olimpiya İdman Kompleksində 24 şahmatçının iştirakı ilə keçirilən yarışın məqsədi bədən tərbiyəsi və idman gününü rayonda qeyd etmək, asudə vaxtın səmərəli təşkili və şahmat idman növünün rayonda inkişaf etdirmək olub.

Yekun nəticələrə görə, birinci yerə Anton Durnev, ikinciyə Əli Qarayev, üçüncüyə Mehman Cəfərov layiq görülüb.

Sonda qaliblər Xəzər rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 842 dəfə oxundu.