Totti: "Çempionlar Liqasını qazanmaq istəyirəm"
"Roma" klubunun kapitanı Françesko Totti gələcək taleyi barədə danışıb.

"Football İtalia"ya danışan 37 yaşlı futbolçu Çempionlar Liqasını qazanmaq istədiyini açıqlayıb:

"Bilirəm, artıq karyeramın son illərini yaşayıram. Ancaq mənim bir hədəfim var - Çempionlar Liqasını qazanmaq. Arzuladığım komandada kimləri görmək istəyirəm? Buffon, Maykon, Samuel, Kandela, De Rossi, Xavi, İniyesta, Kriştiano Ronaldo, Messi, İbrahimoviç və mən".

Xəbər 845 dəfə oxundu.