«Sağlamlıq-2011»in açılış mərasimi oldu

Oktyabrın 22-də Bakı İdman Sarayında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi rabitə işçiləri MHİ Respublika Komitəsi «Spartak» KBTİC-nin Respublika Şurası ilə birgə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə və ölkəmizdə rabitənin yaradılmasının 130 illiyinə həsr edilmiş rabitə işçilərinin «Sağlamlıq-2011» respublika spartakiadasının final mərhələsinin təntənəli açılış mərasimi olub.
Mərasimdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, respublika həmkarlar ittifaqları konfederasiyasının sədr müavini Cavanşir Alxasov ölkəmizdə bütün sahələrin yüksək sürətlə inkişafından, müstəqillik illərində rabitə və idman sahəsində əldə edilən böyük nailiyyətlərdən danışdılar. Onlar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən uğurlu dövlət siyasəti nəticəsində Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrildiyini qeyd etdilər.
Açılış mərasiminin rəsmi hissəsindən sonra bədii hissə keçirildi.
Qeyd edək ki, 8 idman növü üzrə keçirilən «Sağlmlıq-2011»in final mərhələsində 17 komandanın tərkibində 600-dən çox idmançı qüvvəsini sınayır.
Yarışlar oktyabrın 22-dən noyabrın 26-na kimi davam edicək.
«Sağlamlıq-2011» spartakiadasında qalib gələn komandaların idmançılarına fəxri fərmanlar, pul mükafatı, ümumkomanda hesabında mükafatalayiq yer tutan komandalara isə xatirə kubokları təqdim ediləcək.

Xəbər 2819 dəfə oxundu.