Kasilyas: "Real"la daha çox titul qazanmaq istəyirəm"
"Real" (Madrid) klubunun qapıçısı İker Kasilyas maraqlı fikirləri ilə diqqət çəkib.

İspaniya mətbuatına danışan Kasilyas komandasıyla yeni titullar qazanmaq istədiyini bildirib:

"Uşaqlıqdan "Real"da oynayırsansa, hiss edirsən ki, sənin haqda çox danışılır. Bu normaldır. Artıq indi bunu sosial şəbəkələrdə edirlər. Özümdə böyük məsuliyyət hiss edirəm və bacarığımın ən yaxşısını ortaya qoymağa çalışıram. Komandanla titul qazanmaq və bu sevincini azarkeşlərlə paylaşmaq əla hisslərdir. Buna görə də komandamla daha çox titul qazanmaq istəyirəm."

Qeyd edək ki, Kasilyas 1999-cu ildən "Real"ın əsas komandasında çıxış edir.

Xəbər 884 dəfə oxundu.