Fergüssondan David Moyese dəstək
"Mançester Yunayted"in keçmiş baş məşqçisi Ser Aleks Fergüsson klubun hazırkı çalışdrıcısı David Moyesə dəstək olub.

O, uğursuz çıxışı ilə seçilən Moyesin zamana ehtiyacı olduğunu bildirib:

"Mançester Yunayted"də hər şey yaxşı olacaq. Moyesin zamana ehtiyacı var. Mən 27 il orada işləmişəm və müəyyən müddətdən sonra istədiyim komandanı formalaşdıra bilmişəm. Bu səbəbdən Moyesə də vaxt verilməlidir".

Qeyd edək ki, Fergüsson 1986-2013-cü illər ərzində "Mançester Yunayted" klubunu çalışdırıb.

Xəbər 839 dəfə oxundu.