Xızıda Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilib
Martın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatının inzibati binasında idmançılar və idman mütəxəssisləri ilə görüş keçirilmişdir.

5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbirin iştirakçıları əvvəlcə binanın foyesində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və xatirəsinə dərin ehtiramlarını bildirmişlər.

Sonra respublikada kütləvi idman tədbirlərinin yayımında göstərdiyi fədakar əməyə görə bir qrup şəxs mükafatlandırılmışdır.

Daha sonra rayonun fərqlənmiş yeniyetmə idmançılarına qiymətli hədiyyələr təqdim olunmuşdur.

Xəbər 920 dəfə oxundu.