Mustafa Dənizli Türkiyəyə gedir
Premyer Liqanın 24-cü turunda evdə “İnter”lə sülh bağlayan “Xəzər Lənkəran” sabahdan etibarən “Rəvan”la “Bayıl arena”da keçiriləcək matçın hazırlığına başlayacaq.

Klubdan verilən məlumata görə, hazırlığın ilk günlərinə Mustafa Dənizli nəzarət etməyə bilər. İş ondadır ki, Dənizli İstanbula gedib ailəsinə baş çəkməyi düşünür.

Qeyd edək ki, Dənizli son dəfə Türkiyəyə xəstəliyi ilə əlaqədar olaraq, gedib.

Xəbər 770 dəfə oxundu.