Ağcabədidə mini futbol üzrə rayon birinciliyi keçirilib
24-28 fevral tarixlərdə Ağcabədi rayon Gənclər və İdman idarəsinin Xocalı soyqrımına həsr olunmuş məktəblilər arasında mini futbol üzrə rayon birinciliyi keçirilib.

Şəhər 11 saylı məktəbin mini futbol meydançasında 126 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi mini futbol idman növünün inkişaf etdirilməsi olub.

Sonda birinci yerə 1 saylı, ikinciyə Şənlik kənd, üçüncü yerə 9 saylı tam orta məktəbin komandası layiq görülüb.

Xəbər 912 dəfə oxundu.