"Barselona" "yeni Modriç"i transfer etdi
"Barselona" uzun müddətdir heyətinə qatmaq istədiyi "Dinamo"nun (Zaqreb) gənc futbolçusu Alen Haliloviçi transfer edib.

Kataloniya klubu nümayəndəsi Andoni Subisarreta "Dinamo"nun "Rieka"yla 2:2 hesabı ilə bərabərə qaldığı oyunu izlədikdən sonra futbolçunun klubu ilə yenidən müzakirə aparıb. Danışıqlar zamanı 17 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı rəsmi razılıq əldə olunub. Ancaq “Barselona”nın “yeni Modriç” ləqəbli futbolçu “Dinamo”ya nə qədər təzminat ödəyəcəyi açıqlanmayıb.

Qeyd edək ki, Haliloviç özünün İnstaqram səhifəsində bu transferi təsdiqləyib.

Əlavə edək ki, "Dinamo" - "Rieka" matçında futbolçu komandası 0:2 hesabı ilə geridə olanda 63 və 65-ci dəqiqələrdə qol vurub. A.Subisarreta Haliloviçin oyununu çox bəyəndiyini bildirib.

Xəbər 837 dəfə oxundu.